Bank Of Baku

Ermənistan parlamentinin komissiyasında Türkiyə ilə imzalanmış protokolların ilkin müzakirəsi keçirilib

Ermənistan parlamentinin komissiyasında Türkiyə ilə imzalanmış protokolların ilkin müzakirəsi keçirilib
# 19 fevral 2010 14:25 (UTC +04:00)
Bakı – APA. Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında Türkiyə ilə imzalanmış protokolların ilkin müzakirəsi keçirilib. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, komissiyanın sədri Armen Rustamyan komissiyanın rəyindən asılı olmayaraq protokolların parlamentin gündəminə daxil ediləcəyini deyib: “Mən komissiya adından spikerə təklif edəcəyəm ki, protokollar bizim rəyimiz hazır olana qədər bütün fraksiyalarda müzakirə edilsin. Biz bütün fraksiyaların nümayəndələrindən ibarət işçi qrup yaratmağı qərara aldıq. Bu qrup fevralın 22-nə qədər protokolların komissiyada və parlamentdə müzakirəsinin dəqiq prosedurunu təqdim edəcək. Sənədləri bütün komissiyalarda müzakirə etməyə və ümumi dinləmə təşkil etməyə ehtiyac var”.

Komissiyanın “Çiçəklənən Ermənistan” fraksiyasından olan üzvü Ernest Soqomonyan isə bildirib ki, Türkiyə ratifikasiya istiqamətində addım atmadan protokolları müzakirə etmək olmaz: “Bu, milli qürur məsələsidir. Qoy onlar müzakirəyə başlasınlar, biz də baxarıq”.

İclasda Dağlıq Qarabağdakı müharibəyə görə Azərbaycanın məsuliyyət daşıdığı haqqında daşnakların hazırladığı qanun layihəsi də təqdim olunaraq qəbul edilib.

Komissiya “Beynəlxalq müqavilələr haqqında” qanuna hökumət tərəfindən təklif olunan dəyişikliyi bəyənib. Dəyişikliyə əsasən hər hansı beynəlxalq sənəd ölkənin milli maraqlarına zidd olarsa, dövlət və ya hökumət başçısı öz imzasını həmin sənəddən geri götürə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR