Bank Of Baku

Dağıstanda daha iki milis öldürülüb

Dağıstanda daha iki milis öldürülüb
# 20 fevral 2010 08:13 (UTC +04:00)
Bakı – APA. Fevralın 19-da axşam saatlarında Dağıstanın Gərgəbil rayonunun “Krasnıy most” adlanan mühafizə-nəzarət postunun atəşə tutulması nəticəsində iki milis əməkdaşı həlak olub. APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə RİA “Novosti”yə bildirib ki, naməlum şəxslər postu meşə massivindən atəşə tutublar.

Həmin vaxt postda 5 milis əməkdaşı olub. Milislər də naməlum şəxslərə cavab atəşi açıblar. Atışmada yaralanmış iki milis yerli xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onlar aldıqları güllə yarasından keçiniblər.

İki milisdən başqa, bir yerli sakin də aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR