Bank Of Baku

Yuliya Timoşenko Viktor Yanukoviça qarşı iddiasını geri götürüb

Yuliya Timoşenko Viktor Yanukoviça qarşı iddiasını geri götürüb
# 20 fevral 2010 10:37 (UTC +04:00)
APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumatına görə, Timoşenko bu qərarını onunla izah edib ki, məhkəmə bir sıra seçki məntəqəsindəki sənədlərin orijinallarını götürmək haqqında və digər vəsatətləri yerinə yetirməkdən imtina edib.

“Biz saxtakarlıqların baş verdiyini sözdə yox, sənəddə sübuta yetirdik. Bütün sübutlar məhkəməyə təqdim olunub” deyən baş nazir bəyan edib ki, onun iddiası Yanukoviçin legitim prezident olmadığını tarix üçün sübuta yetirən sənəddir: “Bu məhkəmə deyil, ədalət deyil”.

Ukrayna Mərkəzi Seçki Komissiyasının təmsilçisi Mixail Oxendovski isə bəyan edib ki, iddianı geri götürmək mümkün deyil, bu məsələdə son nöqtəni məhkəmə qoymalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR