Bank Of Baku

Dağıstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib

Dağıstanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
# 20 fevral 2010 10:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dağıstan prezidenti Maqomedsalam Maqomedov bu gündən rəsmən fəaliyyətə başlayıb. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu gün Mahaçqaladakı Maksim Qorki adına Rus Dram Teatrının binasında onun andiçmə mərasimi keçirilib.

Tədbirdə Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, Çeçenistan prezidenti Ramzan Kadırov, Stavropol diyarının başçısı Valeriy Qayevski, Qaraçay-Çərkəz prezidenti Boris Yebzeyev, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bakı və Xəzəryanı yepiskop Aleksandr, Rusiyanın regionlarından, Azərbaycandan və Bolqarıstandan nümayəndələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR