Bank Of Baku

Tallin-Kiyev marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb

Tallin-Kiyev marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb
# 20 fevral 2010 13:49 (UTC +04:00)
Pskov – Bakı. Rusiyanın Pskov vilayətinin ərazisində yol nəqliyyat qəzası baş verib. Tallin-Kiyev marşrutu ilə hərəkət edən sərnişin avtobusu qarşı tərəfdən gələn avtomaşınların zolağına çıxaraq aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, «Ukrayna yolları» şirkətinə məxsus olan «Neoplan» avtobusunun sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və yol yanarındakı hündür səkiyə dəyərək aşıb.
Qəza nəticəsində xəsarət alanların hamısı yaxınlıqdakı rayon xəstəxanasına yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR