Bank Of Baku

Məhkəmə Timoşenkonun Ukrayna MSK-na iddiası üzrə işi dayandırıb

Məhkəmə Timoşenkonun Ukrayna MSK-na iddiası üzrə işi dayandırıb
# 20 fevral 2010 19:00 (UTC +04:00)
Bakı-APA. Ukrayna Ali inzibati məhkəməsi Yuliya Timoşenkonun prezident seçkilərinin nəticələrinə yenidən baxılması barədə iddiası üzrə məhkəmə işini dayandırıb.

APA-nın məlumatına görə, iddia ərizəsində Timoşenko Ukrayna Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinin ikinci turunun nəticələri barədə qərarını ləğv etməyi tələb edirdi. Həmin qərara görə seçkilərin ikinci turunda Regionlar Partiyasının lideri Viktor Yanukoviç baş nazir Yuliya Timoşenkodan 3,48% çox səs toplayaraq (müvafiq olaraq 48,95% və 45,47%) qalib gəlib.

Lakin fevralın 21-i Yuliya Timoşenko iddia ərizəsini geri götürdüyünü bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR