Bank Of Baku

Rusiya-Qazaxıstan münasibətləri nəzərdən keçiriləcək

Rusiya-Qazaxıstan münasibətləri nəzərdən keçiriləcək
# 21 fevral 2010 02:18 (UTC +04:00)
Bakı – APA. Rusiya xarici işlər naziri Serqey Lavrov Qazaxıstanla ikitərəfli münasibətləri inkişaf etdirmək və beynəlxalq sahədə əməkdaşlığı möhkəmləndirmək məqsədilə bu gün Astanaya rəsmi səfər edəcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiyalı nazirin Qazaxıstana iki günlük səfəri ərzində Lavrov prezident Nursultan Nazarbayev və həmkarı Kanat Saudabayev ilə görüşlər keçirəcək.

Serqey Lavrov bildirib ki, görüşlər zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

Rusiya xarici işlər naziri hal-hazırda Rusiya-Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini bəyan edib.

Qeyd edək ki, Qazaxıstan Rusiyanın Ukrayna və Belarusdan sonra üçüncü ticarət tərəfdaşıdır. 2009-cu ildə iki dövlət arasında ticarət dövriyyəsi 13 milyard təşkil edib. Rusiya və Qazaxıstan kosmos, nüvə, nəqliyyat, innovasiya, enerji təhlükəsizliyi və hərbi sahələrdə sıx əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR