Bank Of Baku

Viktor Yuşşenkonun katibliyinin rəhbəri istefa verib

Viktor Yuşşenkonun katibliyinin rəhbəri istefa verib
# 23 fevral 2010 16:35 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun katibliyinin rəhbəri Vera Ulyançenko istefa verib.

APA-nın UNİAN-a istinadən məlumatına görə, bu barədə Yuşşenkonun mətbuat katibi İrina Vannikova açıqlama verib.

Onun sözlərinə görə, katiblik rəhbəri ilə yanaşı, onun müavinləri Aleksandr Şlapak, İqor Popov, Valentina Rudenko və İvan Perexoda, Dövlət İşlər İdarəsinin müdiri İqor Tarasyuk, Milli Təhlükəsizlik Şurasının katibi Vladimir Oqrızko və Strateji Tədqiqatlar İnstitutunun direktoru Yuri Ruban da işdən getmək haqda ərizə yazıblar.

Qeyd edək ki, bu gün Viktor Yuşşenkonun 56 yaşı tamam olur. Onun prezidentlik müddəti fevralın 25-də bitir. Həmin gün Ukraynanın yeni prezidenti Viktor Yanukoviç səlahiyyətlərinin icrasına başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR