Bank Of Baku

Rusiya və ABŞ nüvə silahının azaldılması üzrə yeni müqavilə imzalamaq üzrədirlər

Rusiya və ABŞ nüvə silahının azaldılması üzrə yeni müqavilə imzalamaq üzrədirlər
# 24 fevral 2010 03:03 (UTC +04:00)
Bakı – APA. Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanması iki dövlət rəhbərlərinin tezliklə baş tutacaq telefon danışıqlarından sonar baş verə bilər. Bu haqda APA RİA Novosti-yə istinadən məlumat yayıb.

İki dövlət hal-hazırda 2009-cu il dekabrın 5-də müddəti bitmiş strateji nüvə silahlarının azaldılması üzrə müqaviləni əvəz edəcək yeni müqavilə imzalmaq məqsədilə danışıqlar aprırlar.

Rusiya Dövlət Dumasının xarici işlər üzrə komitəsinin sədri Konstantin Kosaçov bildirib ki, yaxın günlərdə iki dövlət rəhbərləri arasında baş tutacaq telefon danışıqlarından sonra bu müqavilənin imzalanması nəzərdə tutulur.

«Rusiya-ABŞ münasibətləri uğurla inkişaf edir. Baxmayaraq ki, qarşıda görüləsi çox işlərimiz var, münasibətlərimiz keçən əsrə nisbətən daha yaxşıdır», deyə Kosaçov vurğulayıb.

Qeryd edək ki, Konstantin Kosaçov Rusiya Dövlət Dumasının ABŞ konqresmenləri ilə ticarət və iqtisadi münasibətlər üzrə danışıqlar aparmaq üçün Vaşinqtona ezam olunmuş nümayəndə heyətinə başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR