Bank Of Baku

Ermənistanda müstəntiq jurnalisti vəhşicəsinə döyüb

Ermənistanda müstəntiq jurnalisti vəhşicəsinə döyüb
# 24 fevral 2010 14:20 (UTC +04:00)
İrəvan-APA. Ermənistanda nəşr olunan “Aravot” qəzetinin fotomüxbiri Qaqik Şamşyan Respublika Prokurorluğunun qarşısında polisin hücumuna məruz qalıb. APA-nın məlumatına görə, prokurorluq binası qarşısında çəkiliş aparan zaman mülki geyimli bir şəxs jurnalistə hücum edib. Fotomüxbiri təhqir edən həmin şəxs onun baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirib. Qaqik Şamşyan ona hücum edən şəxsin şəklini çəkməyə fürsət tapıb. Respublika Prokurorluğunun əməkdaşları şəkil əsasında jurnalisti döyən şəxsin Daxili İşlər Nazirliyi baş istintaq idarəsinin əməkdaşı olduğunu müəyyənləşdiriblər. Bununla belə ona qarşı hər hansı tədbir görülməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR