Bank Of Baku

Ukraynada ictimai nəqliyyatda yaşlılara və hamilə qadınlara yer verməyən şəxslər cərimə olunacaq

Ukraynada ictimai nəqliyyatda yaşlılara və hamilə qadınlara yer verməyən şəxslər cərimə olunacaq
# 24 fevral 2010 16:12 (UTC +04:00)
Kiyev-APA. Ukrayna hökuməti ictimai nəqliyyatda davranış qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq etmək niyyətindədir. APA-nın məlumatına görə, parlamentə təqdim olunan qanun layihəsində ictimai nəqliyyatda yaşlılara, azyaşlı uşaqlarla gedən sərnişinlərə, hamilə qadınlara və əlillərə oturmaq üçün yer verməyən şəxslər minimum əməkhaqqının 5-20 misli həcmində cərimələnəcək. Bu isə təqribən 85-340 qrivna (10-40 manat) deməkdir. Bundan başqa ictimai nəqliyyata spirtli içki, narkotik maddə qəbul edərək minən, yüksək səslə musiqiyə qulaq asan, təhlükəsizlik qaydalarını pozan şəxslər də cərimələnəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR