Bank Of Baku

MDB müdafiə nazirləri Moskvada, sərhəd qoşunlarının komandanları isə Düşənbədə görüşəcək

MDB müdafiə nazirləri Moskvada, sərhəd qoşunlarının komandanları isə Düşənbədə görüşəcək
# 26 mart 2010 09:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Aprelin 14-də MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək bir günlük tədbirdə İkinci Dünya Müharibəsində qələbənin 65 illiyi ilə bağlı məsələlər, həmçinin MDB çərçivəsində hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Aprelin 22-23-də isə Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti MDB-nin hər iki şurasında rəhbərlik səviyyəsində təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR