Bank Of Baku

Ermənistanla Çexiya arasında hərbi əməkdaşlıq sazişi imzalanıb

Ermənistanla Çexiya arasında hərbi əməkdaşlıq sazişi imzalanıb
# 26 mart 2010 12:35 (UTC +04:00)
Bakı – APA. Martın 26-da İrəvanda Ermənistanla Çexiya arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, sənədi iki ölkənin müdafiə nazirləri Seyran Ohanyan və Martin Bartak imzalayıb.

S. Ohanyan bu günün tarixi gün olduğunu, Ermənistanla Çexiya arasında hərbi əməkdaşlığın hüquqi zəminə keçirildiyini söyləyib. O, iki ölkənin hərbi əməkdaşlığının sülhməramlı əməliyyatlar, hərbi təhsil, hərbi tibb sahələrini, eləcə də ekspertlər, məsləhətçilər, tarixçilər və muzeylərin qarşılıqlı fəaliyyət istiqamətlərini əhatə etdiyini deyib. O, sazişdə nəzərdə tutulan hərbi-sənaye sahəsində əməkdaşlığı xüsusi qeyd edib.

M. Bartak isə NATO-da 11 illik fəaliyyət və alyansa üzvlüyə hazırlıq prosesində ciddi təcrübə topladıqlarını və bu təcrübəni Ermənistanla bölüşməyə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR