Bank Of Baku

“Səhrada ağ günəş” kult filmin 40 yaşı” mövzusunda “Tiflis-Moskva” telekörpüsü keçiriləcək

“Səhrada ağ günəş” kult filmin 40 yaşı” mövzusunda “Tiflis-Moskva” telekörpüsü keçiriləcək
# 26 mart 2010 20:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Martın 29-da Tiflisdəki RİA Novosti mətbuat Mərkəzində “Səhrada ağ günəş” kult filmin 40 yaşı” mövzusunda “Tiflis-Moskva” telekörpüsü keçiriləcək. RİA Novosti-nin Gürcüstan təmsilçisi Olqa Skvortsovanın APA-nın Gürcüstan bürosuna verdiyi xəbərə görə, telekörpü iştirakçıları filmin çəkilişi prosesi barədə, kadr arxasında tamaşaçıya qədər baş verən hadisələr haqqında və filmin Rusiya kinematoqrafiya tarixində rolu və əhəmiyyəti barədə fikirlər səslənəcək.

«Telekörpünün gedişində filmə aid bir sıra müxtəlif aspektlərə toxunulacaq, o cümlədən iştirakçılar nə üçün filmin təkcə Rusiyada yox, eyni zamanda digər ölkələrin tamaşaçıları tərəfindən “Kult film” adlandırılmağı sualına aydınlıq gətirəcəklər», deyə məlumatda deyilir.

Məlumatda o da bildirilir ki, telekörpüdə Moskva tərəfdən Rusiyanın xalq artisti Anatoli Kuznetsov, rusiyalı kosmonavt Musa Manarov, kinodramaturq, rejissor, prodüser Rüstəm İbrahimbəyov və kino tənqidçi Valeri Kiçin iştirak edəcəklər.

RİA Novostinin təmsilçisi Tiflis tərəfdən tədbirdə iştirak edən iştirakçıların adlarını da açıqlayıb. “Telekörpüdə gürcü-sovet teatr və kino aktyoru Kaxi Kavsadze, A.S. Qriboyedov adına Tiflis Dövlət Akademik Rus Dram Teatrın direktoru, beynəlxalq mədəni-maarif “Rus klubu” ittifaqının prezidenti Nikolay Sventiski və gürcü rejissoru Georgi Xaindrava iştirak edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR