Bank Of Baku

Gürcüstanın sabiq müdafiə naziri İsrailə köçüb

Gürcüstanın sabiq müdafiə naziri İsrailə köçüb
# 27 mart 2010 16:48 (UTC +04:00)
Bakı - APA. Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili daimi yaşamaq üçün İsrailə köçüb.

APA-nın Tiflisdə nəşr olunan “Rezonansi” qəzetinə istinadən məlumatına görə, 2008-ci ilin avqust müharibəsi dövründə Gürcüstan Müdafiə Nazirliyinə başçılıq edən Kezeraşvilinin ikili vətəndaşlığı var. O, həm Gürcüstanın, həm də İsrailin vətəndaşıdır. Sabiq nazirin yaxın qohumları uzun illərdir İsraildə yaşayırlar.

Maraqlıdır ki, hazırda ABŞ-ın xüsusi xidmət orqanları Kezeraşvilinin rəhbərliyi dönəmində Gürcüstan Müdafiə Nazirliyində baş verən korrupsiya faktlarını araşdırır. Onun İsrailə köçməsinin əsas səbəbi də bununla izah olunur. Sabiq nazir isə hələlik silah alışında baş verən korrupsiya ilə bağlı sualları cavablandırmaqdan yayınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR