Bank Of Baku

Moskva metrosunda terroru kamikadzelər törədib

Moskva metrosunda terroru kamikadzelər törədib
# 29 mart 2010 07:47 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilk partlayış Moskva vaxtı ilə saat 07.56-da “Lubyanka”da, “Komsomolskaya” stansiyasına doğru hərəkət edən qatarın ikinci vaqonunda baş verib. Metropolitenin mətbuat xidmətindən bildiriblər ki, bu stansiyada 26-ya yaxın adam ölüb. Lakin Fövqəladə Hallar Nazirliyinin İnformasiya idarəsinin rəhbəri İrina Andrianova “Lubyanka”da 20 nəfərin öldüyünü bildirib.

İkinci partlayış isə saat 08.39-da “Park kulturı”da olub. Hüquq-mühafizə orqanları bu stansiyada 15 nəfərin öldüyünü açıqlayıb, İ. Andrianova isə 12 nəfərin öldüyünü deyib. Stansiyalarda hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xilasedicilər çalışır. Moskva meri Yuri Lujkov da olay yerindədir. Moskva milisi gücləndirilmiş iş rejiminə keçib. Moskva şəhər Daxil İşlər İdarəsinin rəisi Viktor Biryukov terrorla əlaqədar “Vulkan” planı hazırlayıb həyata keçirdiklərini, metronun bütün stansiyalarının nəzarətə götürüldüyünü bəyan edib. Paytaxtda pasport rejimi gücləndirilib.

Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin fakt üzrə Cinayət Məcəlləsinin 205-ci (terrorçuluq) maddəsi ilə cinayət işi qaldırıldığını bildirib: “Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər çalışır. Partlayıcı qurğunun növü və gücü aydınlaşdırılır”.

Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov terror barədə prezident Dmitri Medvedevin məlumatlandırıldığını açıqlayıb.

Metroda üçüncü partlayışın baş verdiyi haqda xəbərlər isə təkzib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR