Bank Of Baku

Son vaxtlar Moskvaya kənardan gəlmiş bütün şəxslər haqqında araşdırma aparılır

Son vaxtlar Moskvaya kənardan gəlmiş bütün şəxslər haqqında araşdırma aparılır
# 29 mart 2010 09:03 (UTC +04:00)
Bakı – APA. Moskva metrosunun “Lubyanka” stansiyasında 19 nəfər ölüb, 11 nəfər yaralanıb. “Park kulturı” stansiyasında isə 14 nəfər ölüb, 7 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi bu rəqəmləri Moskva prokuroru Yuri Semin açıqlayıb. O bildirib ki, “Yuqo-Zapadnaya” stansiyasından gələn qatar “Lubyanka”da boşalıb-dolduqdan sonra “Çistıye prudı” stansiyasına hərəkət etməyə hazırlaşarkən partlayış olub. Fövqəladə Hallar Nazirliyindən isə “Lubyanka”da 23 nəfər öldüyünü, 18 nəfərin yaralandığını bildirilib.

Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin də “Lubyanka”da 23 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını, “Park kulturı” stansiyasında isə 12 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını, iki stansiyada ümumilikdə 35 nəfərin öldüyünü bəyan edib. Lakin mer Yuri Lujkov ölənlərin sayının 34, yaralıların sayının 37 olduğunu söyləyib.

Hazırda müstəntiqlər stansiyalardakı videomüşahidə kameralarının lentə aldıqlarını araşdırır. Hüquq-mühafizə orqanları son vaxtlar paytaxta daxil olmuş şəxslər haqqında məlumatları da araşdırmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR