Bank Of Baku

Rusiya Federal Təhlükəsizlik Xidməti: “Moskva metropolitenində partlayış qeksogen maddəsindən istifadə olunmaqla törədilib”

Rusiya Federal Təhlükəsizlik Xidməti: “Moskva metropolitenində partlayış qeksogen maddəsindən istifadə olunmaqla törədilib”
# 29 mart 2010 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, “Lubyanka” stansiyasında törədilən partlayışın gücü 4 kiloqram trotil ekvivalentində olub. “Park Kulturı” stansiyasında isə partlayış törətmək üçün 1,5-2 kiloqram trotil ekvivalentində partlayıcı istifadə olunub. Terrorçular partlayışın gücünü artırmaq üçün bolt və kəsilmiş armatur hissələrindən istifadə ediblər. Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi hər iki stansiyada törədilən partlayışlar nəticəsində ölənlərin sayının 37 nəfərə çatdığını bildirib. Terror aktları nəticəsində 67 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR