Bank Of Baku

Moskva metrosundakı partlayışlara görə məsuliyyəti çeçen silahlıları öz üzərinə götürüb

Moskva metrosundakı partlayışlara görə məsuliyyəti çeçen silahlıları öz üzərinə götürüb
# 29 mart 2010 11:55 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb. Konkret hansı saytdan söhbət getdiyi açıqlanmayıb. Terrora görə məsuliyyəti hansı qruplaşmanın öz üzərinə götürdüyü də bəlli deyil.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB)direktoru Aleksandr Bortnikov terroru Şimali Qafqaza aidiyyəti olan qruplaşmaların törədə biləcəyi versiyasını təsdiqləyib. A. Bortnikov prezident yanında keçirilən fövqəladə müşavirədə bildirib ki, metroda Şimali Qafqaza bağlılığı olan iki qadın kamikadzenin cəsədi tapılıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı ekspert-analitik də deyib ki, metrodakı terror aksiyasının silahlı qrupların son günlər öldürülmüş məşhur liderləri Anzor Astemirov, Salambek Əhmədov, Əbu Xalid və Səid Buryatskinin qisasını almaq məqsədilə törədildiyi istisna deyil. Federal Təhlükəsizlik Xidmətinin sabiq direktoru Nikolay Kovalyov da bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, qadın kamikadzelər S. Buryatskinin qohumları ola bilər. N. Kovalyov əlavə edib ki, əsas partlayışın məhz FTX (FSB) binasının yerləşdiyi “Lubyanka”da törədilməsini terrorçuların Rusiya xüsusi xidmət orqanlarının uğurlu əməliyyatlarına cavabı kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR