Bank Of Baku

Moskva metrosunda partlayışlar törədən kamikadzelərlə əlbir olan şəxsin fotorobotu hazırlanıb

Moskva metrosunda partlayışlar törədən kamikadzelərlə əlbir olan şəxsin fotorobotu hazırlanıb
# 29 mart 2010 16:14 (UTC +04:00)
Mavi rəngli gödəkçə, ağ idman ayaqqabısı geyinmiş terrorçunun nazik saqqal saxladığı güman olunur. Xatırladaq ki, bundan əvvəl verilən xəbərlərdə kamikadzelərin tək hərəkət etdiyi bildirilirdi. Terror aktının kamikadzelər tərəfindən törədilməsi faktı isə artıq təsdiqlənib. “Park Kulturı” stansiyasında vaqonlardan birində partlayıcı bağlanmış “şəhid qurşağı” tapılıb. Artıq “İnterpol” terror aktlarının tədqiq olunmasında Rusiya hökumətinə yardımını təklif edib. Təşkilatın rəsmi saytında yayılan kommunikedə bildirilir ki, “İnterpol” terror aktlarının tədqiqində istənilən resursları təqdim etməyə hazırdır.

Xatırladaq ki, Moskva metropoliteninin iki stansiyasında baş verən partlayışlarda ölən şəxslərdən 22 nəfərin şəxsiyyəti dəqiqləşib. Ümumilikdə terror aktları zamanı 38 nəfər ölüb. Şəxsiyyəti müəyyənləşən şəxslərdən 19-u kişi, 3-2 qadındır. Daha 3 kişi və 13 qadının şəxsiyyəti isə hələ müəyyənləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR