Bank Of Baku

Moskva metrosundakı terror nəticəsində ölənlərin sayı 39-a çatıb

Moskva metrosundakı terror nəticəsində ölənlərin sayı 39-a çatıb
# 30 mart 2010 07:14 (UTC +04:00)
O bildirib ki, son olaraq Sklifosovski İnstitutunda müalicə olunan bir qadın martın 30-na keçən gecə keçinib. A. Seltsovski ölənlərdən hələlik 8-nin şəxsiyyətinin müəyyənləşdirildiyini, digərlərinin şəxsiyyətinin də martın 30-u günorta saatlarına qədər müəyyənləşdiriləcəyini söyləyib. Xəstəxanalarda 71 nəfərin müalicə olunur, onlardan 5-i kritik durumdadır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov terror aksiyalarının xaricdən dəstək alınaraq hazırlandığını bəyan edib. Onun fikrincə, terrorun arxasında Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən terrorçu qruplaşmalar dayana bilər: “Orada nəinki Əfqanıstan və ətraf ölkələrdə, həmçinin Orta Asiya ölkələrində də terror aktlarının həyata keçirilməsi planlaşdırılır, bəzən bu marşrutlar Qafqaza da aparır”.

S. Lavrov istintaqın maksimal sürətlə və effektiv aparılacağını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR