Bank Of Baku

Dağıstanın Kizlyar şəhərində kamikadze tərəfindən törədilən terror aktı nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB

Dağıstanın Kizlyar şəhərində kamikadze tərəfindən törədilən terror aktı nəticəsində 9 nəfər ölüb - <font color=red>YENİLƏNİB</font>
# 31 mart 2010 07:39 (UTC +04:00)
APA-nın “RİA Novosti” və İTAR-TASS agentliklərinə istinadən verdiyi xəbərə görə, partlayış yerli vaxtla saat təxminən 08.30-da Moskva küçəsində, “İskra” kinoteatrı yaxınlığında olub. İlkin məlumatlara əsasən 1 saylı orta məktəbin yanında park edilmiş avtomobil partlayıb. Nəticədə 2 milis işçisi həlak olub. Partlayış zamanı məktəb binasının boş olduğu bildirilir. Hadisə yerində xilasetmə xidmətləri və operativ istintaq briqadası çalışır.

Dağıstan Daxili İşlər Nazirliyindəki mənbə isə Kizlyarda iki partlayış baş verdiyini və ölənlərin sayının 9-a yüksəldiyini açıqlayıb. Partlayışların yerli vaxtla saat 08.45-də və 09.05-də şəhərin mərkəzində - Daxili İşlər Şöbəsinin, Federal Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin və Uşaq Gimnaziyasının binalarının yaxınlığında milis forması geymiş terrorçu-kamikadze tərəfindən törədildiyi dəqiqləşib. Ölənlər arasında Kizlyar şəhər Daxili İşlər Şöbəsinin rəisi Vitali Vedernikov da var. Yaralıların sayının 6 nəfər olduğu xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR