Bank Of Baku

Kizlyar terrorunda ölənlərin sayı 12, yaralıların sayı 23 nəfərdir

Kizlyar terrorunda ölənlərin sayı 12, yaralıların sayı 23 nəfərdir
# 31 mart 2010 11:12 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Kizlyar şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 12-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yaralıların sayı 23 nəfərdir. Ölənlərdən 9-u milis, 1-i müstəntiqdir.

Qeyd edək ki, martın 31-də səhər yerli vaxtla saat 08.42-də Kizlyarda milislər “Niva” avtomobilini saxlayarkən partlayış baş verib. Bu partlayışdan 15 dəqiqə sonra - hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə toplaşarkən milis formasında olan kamikadze onlara yaxınlaşaraq daha bir partlayış törədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR