Bank Of Baku

Moskva metrosunda partlayış törədən qadın terrorçuların əlaltısının fotorobotu hazırlanıb

Moskva metrosunda partlayış törədən qadın terrorçuların əlaltısının fotorobotu hazırlanıb
# 31 mart 2010 16:07 (UTC +04:00)
Bakı-APA. Mütəxəssislər şahid ifadələri əsasında metroda partlayış törədən qadınları müşayiət edən kişinin fotorobotunu hazırlayıblar. APA-nın məlumatına görə, fotorobot bütün milis bölmələrinə göndərilib. Xatırladaq ki, bundan əvvəl kütləvi informasiya vasitələri terrorçuların əlaltılarının fotorobotunun hazırlandığı barədə məlumat yaymışdılar. Lakin rəsmi dairələr sonradan bu informasiyanı təkzib etmişdi: “Bəzi mətbuat orqanlarında kepkalı kişi şəklinin yayımlanması - təxribatdan başqa bir şey deyil. FOtorobotun hazırlanması yalnız martın 31-də səhər saatlarında başa çatıb”. Terrorçuları metro stansiyasına müşayiət edən 30 yaşlı kişinin familiyasının Matayev olduğu güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR