Bank Of Baku

Doku Umarov Moskva metrosunda törədilmiş partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

Doku Umarov Moskva metrosunda törədilmiş partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
# 31 mart 2010 22:35 (UTC +04:00)
O, həmçinin bildirib ki, Rusiya ərazisində terror hücumları davam edəcək. D. Umarovun sözlərinə görə, metroda partlayışlar törədilməsi federal qüvvələrin 2010-cu il fevralın 11-də İnquşetiyanın Sunjensk rayonunun Arştı və Datıx kəndlərində keçirdiyi xüsusi əməliyyata cavab olub.

Rəsmi məlumatlara görə, həmin əməliyyat zamanı 18 yaraqlı öldürülüb. 5 dinc sakin xəsarət alıb ki, onlardan da 4-ü sonra dünyasını dəyişib. Federal qüvvələrin nümayəndəsi yaraqlıların dinc sakinlərdən “canlı qalxan” kimi istifadə etdiklərini bildirib.

Umarovun müraciəti martın 29-da Moskvada törədilmiş partlayışlardan dərhal sonra yazılıb. Videoda Umarov yaxın vaxtlarda daha bir terror aktının həyata keçiriləcəyindən danışır. Martın 31-də isə Dağıstanın Kizlyar rayonunda 12 nəfərin ölümü, 29 nəfərin isə yaralanması ilə nəticələnmiş dalbadal iki terror aktı törədilib. Kizlyarda törədilmiş hadisəyə görə hələlik məsuliyyəti heç kim üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR