Bank Of Baku

Georgian Airways Tiflis və Moskva arasında hava nəqliyyatını bərpa edəcək

Georgian Airways Tiflis və Moskva arasında hava nəqliyyatını bərpa edəcək
# 01 aprel 2010 02:53 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın Airzena - Georgian Airways aviaşirkəti cümə axşamı Tiflis-Moskva çarter reysini həyata keçirəcək. Çarter reysləri qarşıdan gələn 4 aprel pravoslav Pasxa bayramı ilə əlaqədar olaraq bir neçə gün ərzində davam edəcək.

Tiflis-Moskva-Tiflis birbaşa reysləri Rusiya tərəfinin razılığı ilə aprelin 1-3-ü və həmçinin 10-u, 12-si və 14-ü təşkil ediləcək.

Rusiya-Gürcüstan arasında birbaşa reyslər 2006-cı ildə, iki ölkə arasındakı əlaqələrin kəsilməsindən sonra ləğv edilib, lakin 2008-ci ildə bir neçə müddətlik bərpa edilib, daha sonra 2008-ci ilin avqust münaqişəsindən sonra yenidən ləğv edilib.

İki ölkə arasındakı birbaşa reyslərin müvəqqəti bərpa edilməsini keçmiş baş nazir, «Gürcüstan naminə»” müxalifət hərəkatının lideri Zurab Naqoideli öz xidməti adlandırıb.

Öz növbəsində Airzena təsdiq edir ki, Pasxa bayramı ilə bağlı olaraq Moskvaya birbaşa çarter reyslərinin həyata keçirilməsi barədə razılıq Gürcüstan hökumətinin və siyasi partiyaların müdaxiləsi olmadan əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR