Bank Of Baku

Moskvada terror aktlarının qurbanları ilə vida mərasimi keçirilir - FOTOSESSİYA

Moskvada terror aktlarının qurbanları ilə vida mərasimi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 01 aprel 2010 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, vida mərasimləri paytaxtın 9 məzarlığında keçirilir. Partlayışlar nəticəsində həlak olanlardan 16 nəfəri meyiti dəfn olunmaq üçün vətənlərinə göndərilib. Fövqəladə Hallar Nazirliyi paytaxt xəstəxanalarında 88 yaralının həkim nəzarəti altında müalicə olunduğunu bildirir. Onların əksəriyyəti artıq reanimasiyadan palatalara köçürülüb. Həkimlər iki yaralının vəziyyətinin ağır olduğunu bildirirlər. Moskvanın Lubyana meydanın “Vahid Rusiya” Partiyasının təşkil etdiyi “Sözsüz” adlı anım mərasiminə 3 mindən artıq insan qatılıb. Moskva şəhər rəhbərliyi hər bir terror qurbanının dəfn olunması üçün 37,400 rubl pul ayırıb. Bundan başqa şəhər hakimiyyəti həlak olanların ailələrinə 300 min rubl, ağır yaralılara 150 min rubl, yüngül xəsarət alanlara isə 50 min rubl birdəfəlik yardım göstərəcək. Xatırladaq ki, Moskva metropoliteninin “Lubyanka” və “Park Kulturı” stansiyalarında baş verən terror aktları nəticəsində 39 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR