Bank Of Baku

Rusiya prezidenti Mahaçqalada geniş müşavirə keçirib

Rusiya prezidenti Mahaçqalada geniş müşavirə keçirib
# 01 aprel 2010 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident bildirib ki, bütün dünyada terrorçuluğa qarşı mübarizə metodları sərt və preventiv olmalıdır: “Terrorçuluğa qarşı mübarizə metodları genişləndirilməli, bu metodlar təkcə effektli deyil, sərtə və preventiv olmalıdır. Terrorçuları cəzalandırmaq lazımdır. Mənim təkliflərim terrorçuluğa qarşı mübarizə aparan digər dövlətlərə də aiddir”. Medvedyev Kizlyarda baş verən terror aktlarında həlak olanların ailələrinin evlə təmin olunması barədə daxili işlər naziri Rəşid Nurqaliyevə göstəriş verib. Dövlət başçısı çıxışında DİN sistemində aparılan islahatlara da toxunub: “İslahatlar nəticəsində fərqli peşəkar kadrlara, fərqli vəsaitə və fərqli təchizata malik güclü, peşəkar nazirlik yaradılmalıdır. Lakin Qafqazın öz spesifik xüsusiyyətləri var. Buna görə də burada qəbul olunan qərarlara xüsusi həssaslıqla yanaşmaq lazımdır ki, bu qərarlar öz həyatlarını riskə atan insanları çəkindirməsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR