Bank Of Baku

Qırğızıstanda müxalifətə bağlılığı olan internet portal və qəzetlərin fəaliyyəti dayandırılıb

Qırğızıstanda müxalifətə bağlılığı olan internet portal və qəzetlərin fəaliyyəti dayandırılıb
# 02 aprel 2010 09:00 (UTC +04:00)
Bişkek-APA. Bişkekdə fəaliyyət göstərən Stan.TV müstəqil informasiya portalının fəaliyyəti dayandırılıb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, hüquq-mühafizə orqanları portala məxsus bütün avadanlığı möhürləyiblər. Stan.TV rəhbərliyi bildirib ki, portalın fəaliyyətinin dayandırılması qurumun Qırğızıstan ərazisində yayım həyata keçirmək üçün lazımi sənədlərə malik olmaması ilə əsaslandırılır: “Lakin biz bütün müvafiq sənədlərə malikik. Bizi həmçinin lisenziya almadan proqram yayımlamaqda ittiham edirlər”. Hüquq müdafiəçiləri isə bildiriblər ki, Stan. TV-nin bağlanması bu portalın qırğız müxalifətinin aksiyalarına geniş diqqət ayırması ilə əlaqədardır. Dünən həmçinin Oktyabr rayon məhkəməsinin qərarı Qırğızıstan müxalifətinin orqanı olan “Forum” qəzetinin fəaliyyəti dayandırılıb. Hakimiyyət orqanları martın 15-də qəzetin bütün tirajını müsadirə ediblər. Hazırda Qırğızıstan ərazisində “Fergana.ru” informasiya agentliyinin, “Centraziya.ru” portalının, “Ağ yelkən” internet qəzetinin internetlə yayımına qadağa qoyulub. Bundan başqa ölkədə “Azadlıq” radiosunun proqramlarının da yayımlanmasına imkan verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR