Bank Of Baku

Dmitri Medvedev: “Jurnalistlər terrorçuları şəhid kimi təqdim etməməlidir”

Dmitri Medvedev: “Jurnalistlər terrorçuları şəhid kimi təqdim etməməlidir”
# 02 aprel 2010 15:33 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev kütləvi informasiya vasitələrini terrorçuları şəhid kimi təqdim etməməyə və terror aksiyalarını işıqlandırarkən terminologiyaya diqqət yetirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezidentin parlament üzvləri ilə görüşündə Dövlət Dumasının sədri Boris Qrızlov jurnalistlərin şəhid sözündən tez-tez yanlış şəkildə istifadə etdiyini deyib. D. Medvedev də əlavə edib ki, Qafqaz sakinləri bu terminlərin işlədilməsindən inciyir və bunun insani mülahizələr və islam anlayışı baxımından yolverilməz olduğunu bildirirlər.

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də prezidentin və parlament sədrinin mövqeyini dəstəkləyib: “Bizimkilər müsəlman dünyasını tanımır. Şəhid islamda qəhrəman deməkdir”.
D. Medvedev bu mövzuya yekun vuraraq jurnalistləri bu məsələyə diqqət yetirməyə və yanlış terminologiyadan qaçmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR