Bank Of Baku

“Park kulturı” stansiyasındakı terroru 17 yaşlı qadın törədib

“Park kulturı” stansiyasındakı terroru 17 yaşlı qadın törədib
# 02 aprel 2010 16:49 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu, 17 yaşlı Dağıstan sakini Cənnət Əbdürrəhmanovadır.

Komitədən bildirilib ki, eyni zamanda Abdullayeva soyadını daşıyan Cənnət Əbdürrəhmanova 16 yaşında olarkən internet vasitəsilə Dağıstan yaraqlılarının lideri Umalat Məhəmmədovla tanış olub. Tezliklə evdən qaçan Cənnət Umalatla ailə qurub. 2009-cu ilin dekabr ayında həyat yoldaşı öldürülən Əbdürrəhmanova kamikadze olmağa qərar verib.

Xatırladaq ki, martın 29-da Moskva metrosunun “Lubyanka” və “Park kulturı” stansiyalarında törədilən partlayışlar nəticəsində 40 nəfər həlak olub, 90-dan artıq şəxs yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR