Bank Of Baku

Polis Kişinyov hava limanına bomba qoymuş «zarafatcıl» kişini həbs edib

Polis Kişinyov hava limanına bomba qoymuş «zarafatcıl» kişini həbs edib
# 03 aprel 2010 02:21 (UTC +04:00)
Bakı-APA. Moldova polisi Kişinyov hava limanına bomba qoyulduğu barədə telefonla məlumat vermiş kişini həbs edib. APA-nın məlumatına görə, bu barədə Moldova DİN mətbuat xidmətinin rəhbəri Kirill Mospan məlumat verib.

Anonim zəngdən sonra Moskva – Kişinyov reysi təxirə salınmışdı və bütün adamlar hava limanının ərazisindən təxliyə olunmuşdular. Hadisə yerinə minaaxtaranlar və təcili yardım maşınları gəlmişdilər.

Lakin yoxlanış nəticəsində məlumatın yalan olduğu aşkar olunmuşdu. Təyyarələrə yenidən adi qaydada uçmaq icazəsi verilmişdi.

Mospanın sözlərinə görə, polisin həbs etdiyi vətəndaş sərxoş vəziyyətdə olub və zarafat etmək istədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR