Bank Of Baku

Moskvada terror aktı zamanı yaralananlarla bağlı məlumatlar açıqlanıb

Moskvada terror aktı zamanı yaralananlarla bağlı məlumatlar açıqlanıb
# 03 aprel 2010 08:03 (UTC +04:00)
Moskva-APA. Moskva xəstəxanalarında metropolitendə baş verən partlayışlar zamanı yaralanmış 81 nəfər müayinə olunur. APA-nın məlumatına görə, terror aktı zamanı zərərçəkənlərdən 6 nəfər artıq evə buraxılıb. Yaralılardan 3 nəfərin vəziyyəti çox ağır, 7 nəfərin vəziyyəti isə ağırdır. Həkimlər digər yaralıların durumunu orta ağır və normal olaraq dəyərləndirirlər. Xatırladaq dünən terror qurbanlarından daha biri – 51 yaşlı Mixail Xarçevnikov xəstəxanada keçinib. Bununla da partlayışlar zamanı həlak olanların sayı 40 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR