Bank Of Baku

Dmitrov şəhərində milisləri güllələmiş şəxslərdən biri yaxalanıb

Dmitrov şəhərində milisləri güllələmiş şəxslərdən biri yaxalanıb
# 03 aprel 2010 19:39 (UTC +04:00)
Bakı-APA. Moskvaətrafı Dmitrov şəhərində milisləri güllələmiş şəxslərdən biri həbs olunub. Bu barədə Moskva vilayəti BDİİ-nin informasiya idarəsinin rəisi Yevgeni Gildyayaev məlumat verib.

«Milislərə hücum etmiş şəxs isti izlərlə saxlanılıb. O möhkəm sərxoş vəziyyətdədir. Yanında silahı yoxdur. Digərinin də şəxsiyyəti müəyyən edilib. Onun axtarışları gedir», deyə o bildirib.

Xatırladaq ki, Moskvaətrafı Dmitrov şəhərində naməlum şəxslər post-patrul xidmətinin 2 əməkdaşını güllələyiblər. Milislərdən biri hadisə yerində həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR