Bank Of Baku

BMT Baş katibi Özbəkisanda silahsızlanma və ekologiya problemlərini müzakirə edəcək

BMT Baş katibi Özbəkisanda silahsızlanma və ekologiya problemlərini müzakirə edəcək
# 04 aprel 2010 01:01 (UTC +04:00)
Bakı-APA. BMT Baş katibi Pan Gi Mun bazar günü Özbəkistana rəsmi səfərə gələcək.

APA-nın məlumatına görə, BMT Baş katibi Mərkəzi Asiya ölkələrinə turneyə çıxıb. Səfərin gedişində o bölgə rəhbərliyi ilə regional əməkdaşlıq, silahsızlanma, ekologiya və Minilliyin inkişafı çağırışının nailiyyətlərini müzakirə edir. Pan Gi Mun artıq Türkmənistan və Qırğızıstanda olub.

BMT Baş katibi Özbəkistan səfərinə ekoloji fəlakət bölgəsindən Aral dənizi rayonundan başlayacaq.

Bazar ertəsi Pan Gi Mun Daşkənd Dünya iqtisadiyyatı və diplomatiya institutunda olaraq tələbələr qarşısında çıxış edəcək. Onun prezident İslam Kərimovla görüşü də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR