Bank Of Baku

Dmitrovda milis nəfərini öldürməkdə şübhəli bilinən şəxs günahını etiraf edib

Dmitrovda milis nəfərini öldürməkdə şübhəli bilinən şəxs günahını etiraf edib
# 04 aprel 2010 02:32 (UTC +04:00)
Bakı-APA. Moskvaətrafı Dmitrovda bir milis nəfərini öldürmək, digərini isə yaralamaqda şübhəli bilinərək saxlanılmış kişi hadisəni törətdiyini boynuna alıb. Bu barədə Moskva vilayəti BDİİ-nin informasiya idarəsinin rəisi Yevgeni Gildyeyev məlumat verib.

«1978-ci il təvəllüdlü saxlanılan şəxs milis nəfərlərinə atəş açdığını boynuna alıb», deyə Gildyeyev bildirib. O saxlanılan şəxsin Dmitrov sakini olduğunu və əvvəllər soyğunçuluq üstündə iki dəfə azadlıqdan məhrum edildiyini bildirib.

Xatırladaq ki, Moskvaətrafı Dmitrov şəhərində post-patrul xidmətinin 2 əməkdaşı güllələnib. Milislərdən biri hadisə yerində həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR