Bank Of Baku

Moskvaətrafında milis nəfərlərinə atəş açmış şəxslərdən ikincisi də ələ keçirilib

Moskvaətrafında milis nəfərlərinə atəş açmış şəxslərdən ikincisi də ələ keçirilib
# 04 aprel 2010 03:13 (UTC +04:00)
Bakı-APA. Moskvaətrafı Dmitrovda bir milis nəfərini öldürüb, digərini isə yaralayaraq qaçmış şəxslərdən ikincisi də saxlanılıb. Bu barədə Moskva vilayəti BDİİ-nin informasiya idarəsinin rəisi Yevgeni Gildyeyev məlumat verib. «Saxlanılan şəxs əvvəllər də məhkum olunub. Hazırda o istintaq hərəkətləri aparılması üçün Dmitrov Dİİ-ndədir», deyə o bildirib.

Xatırladaq ki, Moskvaətrafı Dmitrov şəhərində post-patrul xidmətinin 2 əməkdaşı güllələnib. Milislərdən biri hadisə yerində həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətmiş şəxslərdən biri artıq öz günahını etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR