Bank Of Baku

Züqanov Rusiyanın idarə olunma strukturunu tənqid edib

Züqanov Rusiyanın idarə olunma strukturunu tənqid edib
# 04 aprel 2010 03:54 (UTC +04:00)
Bakı-APA. Ölkənin ali rəhbərliyində təkrarlama olmamalıdır. Rusiya kommunistlərinin lideri Gennadi Züqanov bu fikirdədir.

«Axşamlar bizim televiziyaya baxanda iki aktyorun teatrını görürsən. Əvvəl biri çıxış edir, sonra o biri, sonra isə yerlərini dəyişirlər», deyə Züqanov bildirib.

Rusiya kommunistlərinin lideri Vladimir Putin-Dmitri Medvedev tandeminin təkrarçılıqla məşğul olduğunu iddia edib.

«Həyata keçirilən siyasi ssenariyə diqqətlə baxsaq onun yanlış olduğunu yaxşı görərik. Dünyada belə ssenarilər üçün texnologiya mövcuddur. İkihakimiyyətlilik olan yerlərdə onlardan biri istedadlı nəzəriyyəçi, yaxşı ideoloq, ikinci isə güclü praktik olur. Onların hərəsinin fəaliyyət göstərmək üçün öz meydançaları olur. Lakin bizim halda onların ikisi də bir meydançada ilişiblər və öz dəstək bazalarını sağa-sola dartaraq vaxtilə fəxr etdikləri kövrək sabitliyi məhv edirlər», deyə RKP lideri bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR