Bank Of Baku

Tümen-Bakı qatarı Pervomayskoye kəndi rayonundakı partlayışa görə ləngiyəcək

Tümen-Bakı qatarı Pervomayskoye kəndi rayonundakı partlayışa görə ləngiyəcək
# 04 aprel 2010 03:59 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Pervomayskoye kəndi rayonunda dəmir yolu partladılıb.

«Moskva vaxtı ilə 4.05-də Pervomayskoye kəndi rayonunda dəmir yolu partladılıb. Partlayış nəticəsində yük qatarının 7 vaqonu relsdən çıxıb. Xəsarət alan və həlak olan yoxdur». APA-nın məlumatına görə, bu barədə «İnterfaks»a Dağıstan hüquq-mühafizə orqanlarından bildiriblər.

Hüquq-mühafizə orqanlarından həmçinin bildiriblər ki, Bakı vaxtı ilə saat 7 radələrində bu ərazidən keçməli olan Tümen-Bakı sərnişin qatarı da saxlanılacaq.

«Hadisə yerində təmir briqadası işləyir, minaaxtaranlar ərazini yoxlayırlar. Əməliyyat-istintaq qrupu da artıq ordadır», deyə mənbə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR