Bank Of Baku

İnquşetiyadakı terrorda 2 milis ölüb

İnquşetiyadakı terrorda 2 milis ölüb
# 05 aprel 2010 10:35 (UTC +04:00)
Bakı – APA. İnquşetiyanın Qarabulaq şəhər Daxili İşlər İdarəsinin qarşısında baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı dəqiqləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, olay zamanı 2 milis ölüb, 4-ü yaralanıb.

Rusiya Prokurorluğunun İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin nümayəndəsi partlayışın Moskva vaxtı ilə saat 08.20-də terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Hadisə yerinə operativ istintaq qrupu gəlib. Onların diqqətini yaxınlıqda park edilmiş VAZ-21112 avtomobili cəlb edib. Avtomobilin terrorçu tərəfindən burada saxlanıldığı və içində bomba olduğunu güman edən hüquq-mühafizə orqanlarının nümayəndələri yanılmayıblar. Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb. Saat 09.12-də avtomobilə yerləşdirilmiş saat mexanizmli bomba partlayıb. Zərər çəkən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR