Bank Of Baku

BMT Baş katibi Özbəkistanı insan hüquqlarına dair öhdəliklərə əməl etməyə çağırıb

BMT Baş katibi Özbəkistanı insan hüquqlarına dair öhdəliklərə əməl etməyə çağırıb
# 06 aprel 2010 01:20 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Gi Mun Özbəkistanı insan hüquqları sahəsində öhdəliklərinə tam əməl etməyə və ölkədə siyasi ab-havanı yaxşılaşdırmaq məqsədilə daha ciddi addımlar atmağa çağırıb.

Daşkənddə universitet tələbələri qarşısında çıxış edən Pan Gi Mun deyib ki, Özbəkistanın insan hüquqlarına dair imza atdığı razılaşmaları yerinə yetirməsinin vaxtıdır. Baş katib bildirib ki, o eyni mesajı prezident İslam Kərimovla görüşü zamanı ona da çatdırıb.

BMT-nin Baş katibi Özbəkistanın ölüm hökmünü ləğv etmək addımını alqışlayıb, lakin prezident Kərimovu insan hüquqlarına dair beynəlxalq qanunlar çərçivəsində bütün öhdəliklərə əməl etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR