Bank Of Baku

Avropa Birliyinin komissarı: “Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət təsir göstərəcək”

Avropa Birliyinin komissarı: “Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət təsir göstərəcək”
# 06 aprel 2010 10:30 (UTC +04:00)
Bakı – APA. “Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesinə müsbət təsir göstərəcək”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle deyib.

Ş. Füle Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, mehriban qonşuluq əlaqələri hər hansı ölkənin AB-yə üzvlüyü dəyərləndirilərkən önəmli faktordur. O, iki ölkə arasında protokolların imzalanmasını alqışlayaraq deyib ki, AB protokolların məqbul zaman kəsiyində şərtsiz ratifikasiyasını dəstəkləyir. Ş. Füle AB-nin ratifikasiyadan sonra transsərhəd problemlərinin həllinə kömək etməyə hazır olduğunu da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR