Bank Of Baku

Levon Ter-Petrosyan: “Həmsədrlər Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana verilməsi məsələsində konsensus əldə ediblər”

Levon Ter-Petrosyan: “Həmsədrlər Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana verilməsi məsələsində konsensus əldə ediblər”
# 07 aprel 2010 07:36 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu aprelin 6-da İrəvanda keçirilən mitinqdə Ermənistan Milli Konqresinin lideri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyan deyib. O bildirib ki, konsensus adı altında həmsədrlər 5 rayonun tezliklə Azərbaycana qaytarılmasını nəzərdə tutur: “Bundan sonra sülhməramlı qüvvələrin yeridilməsi, Laçın dəhlizinin statusunun və Qarabağın statusunun müəyyənləşdirilməsi haqqında heç nə deyilmir. Qarabağın aralıq statusu isə yalnız onu müəyyən edir ki, indiyə qədər tanınmayan Qarabağ hakimiyyəti tanınır. Ermənistan ciddi güzəştlərin əvəzində yalnız əsassız vədlər alır”.

L. Ter-Petrosyanın fikrincə, Azərbaycanın yenilənmiş Madrid prinsiplərini qəbul etməsi Ermənistanın vəziyyətinin ciddi şəkildə mürəkkəbləşdirir. Onun sözlərinə görə, 5 rayonun verilməsi münaqişənin yekun həllinə dair razılıq əldə olunduğu mənasına gəlmir və hadisələrin sonrakı inkişafı Serj Sarkisyanın mövqeyindən asılıdır: “Sarkisyan dilemma qarşısındadır – ya erməni xalqının mənafeyinə zidd razılaşmanı imzalamalıdır, ya da prosesi gecikdirib vaxt udmalıdır. İkinci variant beynəlxalq ictimaiyyəti qəzəbləndirəcək”. L. Ter-Petrosyan hesab edir ki, S. Sarkisyan ilk varianta üstünlük verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR