Bank Of Baku

Vaşinqtonda Ermənistan prezidenti və Türkiyənin baş naziri arasında görüş keçirilməyəcək

Vaşinqtonda Ermənistan prezidenti və Türkiyənin baş naziri arasında görüş keçirilməyəcək
# 07 aprel 2010 10:23 (UTC +04:00)
Bakı – APA. Hələlik Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyan və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməsi barədə razılıq yoxdur. APA-nın “News.am” xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, S. Sarkisyanın ABŞ prezidenti Barak Obama ilə görüşəcəyini təsdiqləyib: “Son vaxtlar Ermənistanla Amerika arasında yüksək səviyyəli siyasi dialoq yaranıb, iki ölkə rəhbərliyi arasında stabil əlaqə qurulub. Biz əminik ki, qarşıdakı görüş ikitərəfli münasibətlərə yeni impuls verəcək”.

Xatırladaq ki, aprelin 12-13-də Vaşinqtonda nüvə təhlükəsizliyi sammiti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR