Bank Of Baku

Qırğızıstanda kütləvi iğtişaşlar başlayıb, bəzi vilayətlərdə hökumət binaları ələ keçirilib

Qırğızıstanda kütləvi iğtişaşlar başlayıb, bəzi vilayətlərdə hökumət binaları ələ keçirilib
# 07 aprel 2010 11:21 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın paytaxtı Bişkekdə müxalifət tərəfdarlarının kütləvi iğtişaşla müşayiət olunan etiraz aksiyası keçirilir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, kütlə prezidentin istefasını və enerji daşıyıcılarının tariflərinin azaldılmasını tələb edir. Milis xüsusi tüstü bombaları və rezin güllələrdən istifadə edərək nümayişçiləri dağıtmağa çalışır. Bəzi aksiya iştirakçılarının milis maşınları, dəyənəkləri və qalxanlarını ələ keçirdiyi bildirilir. Bişkek ətrafındakı yaşayış məskənlərinin əhalisi də paytaxta axışır. Milis kütlənin hökumət binasına daxil olmasını əngəlləməyə çalışır. Bəzi mitinqçilər yük avtomobili ilə hökumət binasının darvazasını qırmağa cəhd göstərib. Milis onları rezin güllələrlə qarşılayıb. Binaya xüsusi xidmət orqanlarının avtomatla silahlanmış əməkdaşları yerləşdirilib. Bişkekin ali təhsil müəssisələrində dərslər dayandırılıb, şəhərin mərkəzində mağazalar və ofislər başlanıb.

Parlamentin deputatı, müxalifətdəki Sosial Demokrat Partiyasının üzvü İrina Karamuşkina bildirib ki, müxalifət nümayişçilərə nəzarət edə bilmir: “Bütün müxalifət liderləri ya ev dustağı edilib, ya da Milli Təhlükəsizlik Xidmətinin təcridxanasındadır”.

Ölkənin rayonlarında da kütləvi etirazlar baş qaldırıb. Narın və Çuy vilayətlərinin, eləcə də Moskva rayon administrasiyasının binaları ələ keçirilib. Talas vilayət mərkəzində də etiraz aksiyasının keçirildiyi xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR