Bank Of Baku

Qırğızıstan iqtidarı və müxalifəti danışıqlara başlayıblar

Qırğızıstan iqtidarı və müxalifəti danışıqlara başlayıblar
# 07 aprel 2010 16:00 (UTC +04:00)
APA-nın məlumatına görə, belə bir razılaşmanın əldə olunduğunu müdafiə, təhlükəsizlik və qanunvericilik üzrə dövlət müşaviri Elmurza Satıbaldiyev bəyan edib. Onun sözlərinə görə, artıq Bişkekdə qarşıdurmaların dayandırılması və danışıqlara başlanması barədə ilkin məsləhətləşmələr keçirilir. Hazırda siyasi dialoqda kimlərin iştirak edəcəyi dəqiqləşdirilir: “Əsas odur ki, həm Ağ Ev, həm də müxalifət liderləri hər növ quldurluq və soyğunçuluq hallarının dayandırılmasının zəruriliyini anlayırlar” deyən Satıbaldıyev prezident Kurmanbek Bakiyevin Ağ Evdə olduğunu təsdiqləyib. İlkin məlumata görə, dialoqun başlanmasının təşəbbüskarı sabiq dövlət katibi Dastan Sarıqulov, parlamentin sabiq vitse-spikeri Almambet Matubraimov və tanınmış ağsaqqallardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR