Bank Of Baku

Qırğız müxalifətçiləri dövlət televiziyasının efirində hakimiyyətin xalqın əlinə keçdiyini bəyan ediblər

Qırğız müxalifətçiləri dövlət televiziyasının efirində hakimiyyətin xalqın əlinə keçdiyini bəyan ediblər
# 07 aprel 2010 17:24 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan dövlət televiziyasının efirində çıxış edən parlamentin eks-spikeri Omurbek Tekabayev hakimiyyətin tamamilə xalqın əlinə keçdiyini bəyan edib.

O Bişkek şəhərinə komendant təyin edildiyini bildirib. İstefada olan milis polkovniki Turat Madalbekov Bişkek şəhərinə komendant təyin edilib.

Omurbek Tekebayev həmçinin müxalifət liderlərinin Daniyar Usenovun başçılıq etdiyi hökumət nümayəndə heyətilə danışıqlara yola düşdüyünü bildirib. Tekebayev hökumət nümayəndələrinə könüllü olaraq hakimiyyətdən xalqın xeyrinə imtina etmək təklif olunacağını bildirib. O qeyd edib ki, mümkün olduğu qədər məmurların təhlükəsizliyinə təminat veriləcək.

Bu arada Bişkekdə iri ticarət mərkəzlərinin qarəti başlanılıb. Şəhər DİŞ yaxınlığında partlayış səsləri eşidilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR