Bank Of Baku

Kurmanbek Bakiyev Bişkekdə yoxdur - müxalifət

Kurmanbek Bakiyev Bişkekdə yoxdur - müxalifət
# 07 aprel 2010 20:28 (UTC +04:00)
Baku-APA. Qırğızıstan hökuməti istefa verib. APA-nın məlumatına görə, bu barədə müxalifətçi Birləşmiş Xalq hərəkatının liderlərindən biri Temir Sariyev bildirib.

Sariyev baş nazir Daniyar Usenovla aparılan danışıqların uğurla keçdiyini qeyd edib. «Biz hökumət binasına danışıq aparmaq üçün getmişdik və Usenov hakimiyyətin istefaya getməsi barədə ərizə yazdı», deyə Sariyev əlavə edib.

Həmçinin müxalifətçi prezident Kurmanbek Bakiyevin paytaxtdan qaçması barədə xəbərləri təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR