Bank Of Baku

Qırğızıstan prezidenti müdafiə naziri ilə birgə ölkənin cənubundadır

Qırğızıstan prezidenti müdafiə naziri ilə birgə ölkənin cənubundadır
# 07 aprel 2010 22:27 (UTC +04:00)
Bakı-APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Oş şəhərindəki cənub iqamətgahındadır. APA «Kabar» agentliyinə istinadən bu xəbəri yayıb.

«Qırğızıstan prezidenti və müdafiə naziri Oş şəhərinə uçublar. Hazırda onlar cənub iqamətgahındadırlar», deyə məlumatda bildirilir.

Çərşənbə günü Qırğızıstanda kütləvi etiraz aksiyaları başlayıb. Yalnız Bişkekdə 17 nəfərin öldüyü bildirilir. Müxalifət hökumətin istefaya getdiyini, prezident Bakiyevin isə Bişkeki tərk etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR