Bank Of Baku

Gürcüstan paytaxtında Avropa Evinin açılışı olub

Gürcüstan paytaxtında Avropa Evinin açılışı olub
# 07 aprel 2010 23:36 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 7-də Tiflis şəhərinin “Qələbə”meydanında Avropa Evinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Avropa Evininin açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili və Avropa İttifaqının genişlənməsi məsələsi və qonşuluq siyasəti üzrə Avrokomissarı Stefan Fule çıxış ediblər.

Gürcüstan prezidenti çıxışında qeyd edib ki, Avropa Evini tikmək ideyası Rusiya təcavüüzündən bir neçə gün sonra yaranıb. «Biz təkcə Kür çayı üzərində körpü tikmirik, həm də Gürcüstan ilə bütün Avropa arasında körpü tikirik. Bizə çox şey həyata keçirmək lazımdır ki, Avropa ilə bir yerdə olaq». Prezident bildirib ki, onun prezidentlik müddəti başa çatana qədər hər bir Gürcüstan vətəndaşı Avropaya vizasız gedib-gələcək.

Avrokomissar Stefan Fule çıxışında qeyd edib ki, Avropa Evi gürcülərin Avropaya inteqrasiyasına kömək edəcək. «Gürcüstan Avropa ilə əlaqələrində bu ev vasitəsi ilə yüksək nəticələrə sahib olacaq».

Avropa Evinin açılışında hökumət nümayəndələri, diplomatlar və mədəniyyət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR